Almaniyada əyləncə qatarları toqquşdu: 31 nəfər xəsarət aldı

Almaniyada əyləncə qatarları toqquşdu: 31 nəfər xəsarət aldı

Almaniyada əyləncə parkında dəhşətli anlar yaşanıb.

 

Sfera.az xarici mediyaya istinadən xəbər verir ki, Bavariya əyalətinin Günzburq şəhərindəki "Legoland" parkında iki əyləncə qatarının toqquşması nəticəsində biri ağır olmaqla 31 nəfər xəsarət alıb.


Verilən məlumata görə, qəzada xəsarət alan 31 nəfərdən 15-i xəstəxanalara çatdırılıb.

 

Baş verən qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR