İraqlı aktrisa kilolu fotosundan istifadə edən jurnalı məhkəməyə verdi 

İraqlı aktrisa kilolu fotosundan istifadə edən jurnalı məhkəməyə verdi 

İraqlı aktrisa və aparıcı Enas Taleb kilolu fotosunu paylaşan jurnalı məhkəməyə verib.

 

Sfera.az bildirir ki, İngiltərədə nəşr olunan həftəlik xəbərlər, beynəlxalq əlaqələr və iqtisadiyyat jurnalı “Economist” 42 yaşlı aktrisanın 9 ay əvvəl İraqda keçirilən Babil Beynəlxalq Festivalında çəkilmiş fotosundan istifadə edib.

 

Jurnal " Ərəb dünyasında niyə qadınlar kişilərdən daha çəkilidir" başlığı ilə yazını oxuculara təqdim edib. Kilolu olduğu fotonun kontekstdən kənar, onun icazəsi olmadan istifadə edildiyini bildirən Taleb, sözügedən şəklin istifadəsinin onun azadlığını və şəxsi həyatını pozduğunu bildirib. Taleb həmçinin şəklin fotoşop olduğunu iddia edib. O, məqalənin ümumiyyətlə ərəb və xüsusən də İraq qadınlarını təhqir etdiyini deyib və “Economist”in niyə Avropa və ya ABŞ-da deyil, ərəb dünyasındakı kök qadınlarla maraqlandığını sorğulayıb. Jurnalın dərc etdiyi məqalə sosial mediada tənqid hədəfinə çevrilib. Sosial media istifadəçiləri sözügedən məqaləni “irqçi” və “seksist” kimi qiymətləndirərək, ərəb qadınlarını “utandırdığını” bildiriblər.

 

Qeyd edək ki, Enas Taleb İraqın ən tanınmış aktrisalarından biridir və İnstaqramda 9 milyon izləyicisi var.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...