\"Növbəti görüş ya İrəvanda, ya da Türkiyədə keçirilməlidir\" - Rəsmi Ankara

\

"Növbəti görüş İrəvanda və ya Türkiyədə keçirilməlidir. Çünki ictimaiyyətin belə bir gözləntisi var".


Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib. 


"Buralar düşmən əraziləri deyil. Onlar Türkiyəyə rahatlıqla gələ bilər, biz də rahatlıqla gedə bilərik. Bundan sonra üçüncü ölkədə görüşləri qəbul etmirik. Ya Türkiyədə, ya da İrəvanda toplaşmaq lazımdır", - XİN rəsmisi qeyd edib. 


O vurğulayıb ki, iki nümayəndə arasında 4 dəfə təkbətək görüş olub, o cümlədən 500-dən çox telefon danışığı olub:


“1915-ci il hadisələri gündəmdə deyil. Maraqlı olan məsələlərdən biri də danışıqlarda 1915-ci il hadisəsi ilə bağlı iddiaların gündəmə gəlib-gəlməməsi idi. Soyqırım iddiaları hazırda xüsusi nümayəndələrin gündəminə daxil deyil. Amma bir gün görüşəcəyik".


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR