“Bəyannamədə \"Dağlıq Qarabağ\" və \"müdafiə ordusu\" bəndi yoxdur” - Açıqlama 

“Bəyannamədə \

“Ermənistan "Qisas" əməliyyatından sonra Qarabağda öz silahlı birləşmələrinin çıxarılmasına söz verib. Senytabr ayına kimi proses tam yekunlaşmalıdır”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, rəsmi İrəvanın  Qarabağda "Artsaxın müdafiə ordusunun" qalacağını və bunun Ermənistana aidiyyatının olmadığını deyib:

 

“10 noyabr Birgə Bəyannamənin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu bəyannamədə "Dağlıq Qarabağ" və "müdafiə ordusu" bəndi yoxdur.  Ümumiyyətlə, Ermənistan tərəfi də Xankəndidə separatçı rejimi hüquqi cəhətdən tanımır. 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində hər hansı bir ziddiyyət yoxdur. Ermənistanın bu bəndi manipulyasiya etməsi, istədiyi şəkildə izahı yalnız qarşıdurmanı tətikləyir. Çünki Dağlıq Qarabağ subyekti yoxdur və onun silahlı birləşmələri də ola bilməz”.

 

Ekspert bildirib ki, bu ilin axırına kimi Qarabağda qanunsuz silahlı erməni birləşmələrinin fəaliyyətinə son qoyulacaq: “10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində "müdafiə ordusunun" qalması təsbit edilməyib. Həmin bənddə qeyd edilir ki, tərəflər mövqe tutuqları ərazidə qalmalıdır. Bu bənd isə, silahlı qüvvələrə aid deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR