Hər ay mobil danışığa 6,4 manat ödəyirik - 4 ildir qiymətlər dəyişmir

Hər ay mobil danışığa 6,4 manat ödəyirik - 4 ildir qiymətlər dəyişmir

2021-ci ilə aid olan informasiya və kommunikasiya texnologiyaları üzrə əsas göstəricilər açıqlanıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 87 nəfər olub. 2020-ci ildə göstərici 85 nəfər, 2017-ci ildə 79 nəfər idi. Genişzolaqlı internet istifadəçilərinin sayı isə 85 nəfərdir.

 

Ay ərzində internetdən 20 saatlıq istifadə üçün orta tarif 0,9 manat təşkil edib. Bu məbləğ 2017-ci ildə 1,2 manat idi. 

 

Məlumata əsasən, mobil rabitə ilə ölkə əhalisinin hamısı əhatə olunub. İstifadəçilər ay ərzində 100 dəqiqə mobil rabitə ilə danışıq üçün 6,4 manat ödəyib. 2018-2021-ci illərdə bu tarif dəyişməyib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR