Məşhur model sevgilisini sinəsindən bıçaqladı, ardınca isə.. - İDDİA

Məşhur model sevgilisini sinəsindən bıçaqladı, ardınca isə.. - İDDİA

Tanınmış internet modeli Kortni Klenni sevgilisini öldürməkdə günahlandırılıb.

 

Sfera.az bildirir ki, pul müqabilində internetdə açıq və özəl fotolarını paylaşan model bu ilin əvvəlində Mayamidəki mənzilində ayrıldığı sevgilisinin bıçaqlanaraq öldürülməsi nəticəsində cinayət ittihamı ilə üzləşib.

 

Sosial şəbəkələrdə Kortni Teylor kimi tanınan gənc qadın dünən Havayda həbs edilib. Aprel ayında baş verən insidentə görə, 25 yaşlı Kortninin qətl ittihamı ilə saxlanılması ABŞ mediasında müdafiəçi Frank Prieto tərəfindən təsdiqlənib. Onun vəkili bildirib ki, Klenni narkotik maddələrdən sui-istifadə və travma sonrası pozğunluğa görə polis tərəfindən həbs olunarkən, Havayda reabilitasiya mərkəzində olub. Vəkil Prieto "Bu vəziyyətdən tamamilə şoka düşdüm, xüsusən də, istintaqla əməkdaşlıq etdiyimizə və ittiham olunarsa, onu könüllü olaraq təhvil verməyi təklif verdiyimizə görə. Müvəkkilimin adının məhkəmədə təmizə çıxarılmasını səbirsizliklə gözləyirik”, - deyə bildirib.

 

Modelin həbsi prokurorların ölümcül bıçaqlanma ilə bağlı istintaqı yenidən başlatmasından təxminən dörd ay sonraya təsadüf edir. İnstaqramda 2 milyon izləyicisi olan Klenninin aprelin 3-də Mayaminin Edgewater rayonundakı lüks mənzilində dava etdikdən sonra Obumseili sinəsindən bıçaqladığı iddia edilib. Vəkilinin sözlərinə görə, Klenni həftələrlə təqibdən sonra Obumseil ona hücum edəndə özünü müdafiə edib. Prieto bildirib ki, İnstaqram ulduzu Obumseil onun boğazından tutduqdan sonra qurbanı bıçaqlamağa məcbur olub. Vəkil əlavə edib ki, iki ildən az müddətdir birlikdə olan cütlük həmin vaxt ayrılıb.

 

TMZ tərəfindən əldə edilən hadisə yerindəki videoda dəhşətli mübahisədən sonra Klenninin əlləri qandallı və büstqalterinə qan bulaşdığı görünüb. Məlumata görə, cütlük bir neçə aydır eyni mənzildə birlikdə yaşayırmış. Binanın işçiləri bir neçə məişət zorakılığının şahidi olduqlarını və hətta cütlüyü binadan çıxarmağa cəhd etdiklərini deyiblər. Obumselinin ailəsini təmsil edən vəkil Larri Həndfild isə polisə təhqiqatın yenidən başlaması üçün təzyiq edib. Səlahiyyətlilər, Obumselinin qətlindən sonra intihara meyilli olduğunu iddia edən modelin ruhi xəstəxanaya yerləşdirildiyini bildirib.

 

Türkan,

Sfera.az

 


 


OXŞAR XƏBƏRLƏR