“Vəzifədən gedən baltalar altına düşür...” – Baş redaktor Səfər Mehdiyevin müdafiəsinə qalxdı

“Vəzifədən gedən baltalar altına düşür...” – Baş redaktor Səfər Mehdiyevin müdafiəsinə qalxdı

Jurnalist, Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev “Facebook” səhifəsində Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevlə bağlı sosial şəbəkələrdə yayımlanan video ətrafında müzakirələrin genişlənməsinə etiraz edən status paylaşıb.

Xatırladaq ki, sözügedən videoda S.Mehdiyevin sədr işlədiyi dövrdə idarə etdiyi avtomobilini saxlayan Dövlət Yol Polisinin 2 əməkdaşını azarladığı görünür.

 

Sfera.az xəbər verir ki, E.Fətullayev statusunda dolayısı ilə keçmiş komitə sədrini müdafiə edərək, ictimaiyyəti, medianı S.Mehdiyevin əvvəllər səsləndirdiyi başqa fikirlərə diqqət yetirməsini məsləhət görüb.

 

“Sosial şəbəkələrə və saytların səhifələrinə yeni mövzu düşüb: “QAİ” Səfər Mehdiyevin maşınını saxlayıb. Ondansa, hələ ötən ilin dekabrında Səfər Mehdiyevin mənə verdiyi müsahibədə ölkədə cinayətkar yollarla istehsal olunan kontrafakt məhsullarının izlərindən danışaq. Hələ də kontrafakt siqaret və alkoqol içkiləri istehsal edən bu cinayətkar dəstə ifşa olunmayıb! Bəlkə bu dəstəni axtaraq? Bəlkə gizli sexləri və fabrikləri aşkar edək?! Bəlkə aksizsiz siqaretlərin ölkədə satışını təşkil edən məmurları tapaq?

 

Digər tərəfdən, Azərbaycanda çox bədnam ənənə formalaşıb - vəzifədən gedən baltalar altına düşür. Artur Rəsizadədən başqa heç kim linçdən qurtula bilməyib…”, - deyə jurnalist əlavə edib.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR