İrandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: “Bütün tədbirlər görüləcək!”

İrandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: “Bütün tədbirlər görüləcək!”

ABŞ və İran arasında gərginlik davam edir.

 

Sfera.az bildirir ki, bu dəfə ABŞ İranın Tramp dövründə milli təhlükəsizlik müşaviri olmuş Con Boltonu öldürməyi planlaşdırdığını iddia edib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ məhkəmə orqanlarının bu ölkədəki İran vətəndaşını “siyasi motivlərlə və etibarlı sübutlar təqdim etmədən” ittiham etdiyini müdafiə edib:

 

“Bu gülünc və əsassız ittihamları bəhanə edərək, vətəndaşlarımıza qarşı hər hansı hərəkətə qarşı sərt xəbərdarlıq edirik. Biz həmçinin, vətəndaşlarımızın hüquqlarını müdafiə etmək üçün beynəlxalq hüquq çərçivəsində bütün tədbirləri görəcəyimizi vurğulayırıq!”.

 

Xatırladaq ki, Vaşinqton administrasiyası İran İnqilab Keşikçiləri Ordusunun üzvü olduğu iddia edilən Şəhram Pursafi adlı İran vətəndaşını Tramp dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışmış Boltonu öldürmək planında ittiham edib. Ədliyyə Nazirliyindən verilən yazılı açıqlamada Pursafinin 2020-ci ilin yanvarında İran generalı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq qətli həyata keçirəcək şəxsləri işə götürmək üçün gizli insan resursuna 300 min dollar təklif etdiyi iddia edilib. Cinayət şikayətində adı keçən Pursafinin hazırda ABŞ-dan kənarda olduğu və tutulacağı təqdirdə "beynəlxalq qətl planına maddi dəstək verməyə cəhd" ittihamı ilə mühakimə olunacağı bildirilib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR