İcra başçısı təyin edilən Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda həbs edilən məmurlar - SİYAHI

İcra başçısı təyin edilən Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda həbs edilən məmurlar - SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra başçısı təyin edilib. O, bu təyinatadək o, bu təyinatadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və PA-nın qərb rayonları üzrə kuratoru kimi tanınıb.

 

Sfera.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun kuratoru olduğu rayonlarda bir neçə əməliyyat keçirib.

 

Belə ki, DTX-nin 2019-cu ilin dekabr ayında həyata keçirdiyi əməliyyatla Ağstafa rayonun sabiq icra başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Nizaməddin Quliyev 2021-ci ilin sentyabr ayında həbsdə olarkən vəfat edib. Cari ilin fevral ayında isə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə, Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

 

 

DTX həmçinin Şəmkir rayonunda da əməliyyat keçirib. Belə ki, 2021-ci ilin aprel ayında həyata keçirilən əməliyyat tədbiri nəticəsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov və icra hakimiyyətinin bir neçə vəzifəli şəxsləri saxlanılıb. Alimpaşa Məmmədov məhkəmənin qərarı ilə həbs edilib. Bu ilin may ayında onun barəsində seçilmiş həbs müddəti daha 5 ay uzadılıb.

 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

 

Məlumat üçün xatırladaq ki, 5 oktyabr 2021-ci il tarixinədək Gədəbəy rayonunun icra başçısı İbrahim Mustafayev olub. O, vəzifəsindən azad edildikdən sonra Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini təyin olunub.(Unikal)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...