Qeyri-ərzaq məhsullarında bahalaşma güclənir: qiymət artımları 9 faizə yaxınlaşır

Qeyri-ərzaq məhsullarında bahalaşma güclənir: qiymət artımları 9 faizə yaxınlaşır

Bu il ümumi bahalaşmada ərzaq məhsullarının payının daha yüksək olduğu məlumdur. Ərzaq məhsullarının dəyərinin 21 faizdən çox artması ümumi qiymət artımının 12,5 faizi keçməsinə səbəb olmuşdu. Amma iyulda ərzaq qiymətlərində artımın bir qədər səngiməsinə baxmayaraq ümumi qiymət artımı sürəti bir qədər də güclənərək 13 faizə çatıb.

Bəs, ərzaq qiymətlərində artım sürətinin zəiflədiyi halda inflyasiya səviyyəsi niyə yüksəlir?

 

Sfera.az bildirir ki, bunun səbəbi qeyri-ərzaq qiymətlərində artım tempinin aybaay güclənməsidir. İlin əvvəlindən qeyri-ərzaq mallarının dəyəri tədricən yüksəlir və bu məhsullarda bahalaşma sürətinin zəifləmədiyi müşahidə edilir. Belə ki, 2022-ci ilin yanvarında illik müqayisədə qeyri-ərzaq mallarının dəyəri orta hesabla 5,9 faiz yüksəldiyi halda, martda 6,6 faiz, mayda 7,1 faiz, iyunda 7,4 faiz, iyulda 8,6 faiz artıb. Yanvar ayı ilə müqayisədə ötən ay qeyri-ərzaq mallarının dəyərindəki artımın 46 faiz güclənməsi müşahidə olunub.

 

Qeyri-ərzaq mallarındakı belə yüksək artım 2 səbəblə izah oluna bilər.

 

Birinci səbəb dünyada bu məhsulların ümumi qiymət səviyyəsinin yüksəlməsidir. Neft və təbi qazın qiymətinin artması, pambığın, metalların bahalaşması, “çip” çatışmazlığı və daşıma xərclərinin artması qeyri-ərzaq mallarının dəyərini artırır.

 

Azərbaycan ərzaq məhsullarından fərqli olaraq qeyri-ərzaq mallarının daha çox hissəsini idxal etdiyindən xaricdə baş verən bahalaşmanı ölkəmizdə tezliklə hiss edirik.

 

Bahalaşmaya səbəb olan ikinci səbəb ölkəmizdə istehlak kreditlərinin həcminin sürətlə artmasıdır. Bu ilin birinci yarısında ümumi kredit qoyuluşu 9,9 faiz artdığı halda, istehlak kreditlərinin həcmi 15 faizə yaxın artıb.

 

İstehlak kreditlərinin həcminin artması qeyri-ərzaq məhsullarına olan tələbi daha çox artırır və bu da qiymətlərə təsir edir. Əhali bu cür kreditlərlə telefon, məişət avadanlıqları, geyim, mebel və s. mallar alır ki, bunlar da həmin məhsulların dəyərinin artmasına səbəb olur.

 

Mövcud vəziyyətdə daxili tələb güclü olarsa, ilin yekununda qeyri-ərzaq məhsullarında bahalaşma sürəti 10 faizə çatacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...