Bakıda püskürən palçıq vulkanının ətrafında yaşayış məntəqəsi var? - RƏSMİ AÇIQLAMA

12:30 / 11.08.2022
12424
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.
Sfera.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir:
“Müvafiq monitorinqlər həyata keçirilir. Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada 5 ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb”.