ATB gənclər üçün yeni təcrübə proqramına başlayır

ATB gənclər üçün yeni təcrübə proqramına başlayır

Dövlət bankı Azər Türk Bank cari ilin sentyabr ayından etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələr üçün “Rəqəmsal imkanlar” adlı təcrübə proqramına start verəcəkdir.

 

Gənc mütəxəssislərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə universiteti yeni bitirmiş və bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış şəxslərə üstünlük veriləcəkdir.

 

Baş ofis və rəqəmsal filiallarda reallaşdırılacaq proqramın müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə namizədliyinə Bank tərəfindən baxılması nəzərdə tutulub.

 

Proqramda iştirak etmək istəyən şəxslər 15 sentyabr tarixinədək bu keçid vasitəsilə Banka müraciət edə bilərlər.

 

Daha ətraflı məlumatı //atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...