\"İranın təhdidlərinə qarşı...\" - Trampın keçmiş müşaviri ABŞ-ı İTTİHAM ETDİ

\

Sosial mediada SEPAH-ın üzvü Şəhram Pursəfinin Tramp hökuməti dövründə Amerikanın milli təhlükəsizlik müşaviri olmuş Con Boltona qarşı uğursuz sui-qəsdi barədə məlumat yayılıb.


Sfera.az xəbər verir ki, Bolton məsələ ilə bağlı danışaraq Amerika hökumətinin İranın təhdidlərinə qarşı kifayət qədər tədbir görmədiyini bildirib.


"Bir çox insan İran rejiminin təhdidləri qarşısında təhlükə içindədirlər və Amerika hökuməti bu təhdidlərlə mübarizə aparmaq üçün lazımi addımları atmayıb, çünki bu təhdidlər hələ də davam edir", - o vurğulayıb.


Bolton sonda qeyd edib ki, İran İslam Respublikasının bu təhdidləri əslində, Amerika xalqına və bütün dünyaya bu rejimin əsl mahiyyətini göstərir.

 

Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR