Azərbaycanda ən çox satılan avtomobillər – SİYAHI

Azərbaycanda ən çox satılan avtomobillər – SİYAHI

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 349 min 307 ədəd olub.


Sfera.az xəbər verir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 6,7% və ya 84 min 765 ədəd artıb. 


Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbəti yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA, "Chevralet" və "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" və "Chrysler" markalı avtomobillər olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" və "Chrysler" markalı avtomobil var.


Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 17 ədəd "Oldsmobil", 23 ədəd "Talbot", 24 ədəd "Asiya", 31 ədəd "Datsun", 60 ədəd "Saab", 91 ədəd “Rover”, 110 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.


Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda “Toyota” və "Chevralet" avtomobillərinin satışı daha çox artıb. Son bir ildə qeydiyyata alınan avtomobillərin 32,5% və ya 27 min 560 ədədi bu iki markanın payına düşüb. 


Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan avtomobillərin 91,1%-i benzin, 8,2%-i dizel, 0,7%-i isə qaz ilə işləyir.


Son 5 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub:

(yeniavaz.com)


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...