Rusiya hərbçiləri Donetskə hücum etdi: ölən və yaralananlar...

Rusiya hərbçiləri Donetskə hücum etdi: ölən və yaralananlar...

Ukraynanın Donetsk vilayətinə  Rusiya ordusu bombalı hücum edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğu məlumat yayıb.

 

Prokurorluq Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Baxmut qəsəbəsinə bombalı hücum təşkil etdiyini açıqlayıb.

 

Prokurorluq hücum nəticəsində 7 nəfərin həyatını itirdiyini, 6 nəfərin isə yaralandığını bildirib.

 

Bundan başqa hücumlardan bölgədə yanğın baş verdiyi qeyd olunub.


Ukrayna həmçinin Rusiyanı BMT-27 “Uraqan” çoxbarrelli reaktiv yaylım atəşi sistemi ilə mülki insanları hədəf almaqda ittiham edib.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR