Braziliyada meymunçiçəyi virusu ilə bağlı inanılmaz hadisə

Braziliyada meymunçiçəyi virusu ilə bağlı inanılmaz hadisə

Braziliyada meymunçiçəyi virusu ilə bağlı inanılmaz hadisə yaşanıb.

 

Sfera.az bildirir ki, “G1” xəbər saytının məlumatına görə, San Paulo əyalətinin Rio Preto şəhərindəki təbii qoruqda bir həftədən az müddətdə 10 meymun zəhərlənib və ya qəsdən yaralanıb. Xilasedicilər və fəallar meymunların ərazidə üç meymunçiçəyi xəstəliyinin təsdiqlənməsindən sonra hücuma məruz qaldıqlarından şübhələniblər. Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris isə adına baxmayaraq, meymunların xəstəliyin əsas daşıyıcısı və epidemiya ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

 

“”Monkeypox” adı virus ilk dəfə Danimarkada tədqiqat üçün saxlanılan meymunlarda müəyyən edildiyinə görə verilib. Lakin xəstəlik bir çox heyvanda və ən çox gəmiricilərdə aşkar olunub”.

 

ÜST-nin sözçüsü Braziliyada heyvanların zəhərlənməsi ilə bağlı xəbərlərdən sonra bu açıqlamanı verməli olub.

 

"Narahatlıq insanların virusa hansı yolla yoluxacağı və ötürməkdən qorunmaq üçün nələr edə biləcəyi ilə bağlı olmalıdır. Heç bir heyvana hücum edilməməlidir, çünki bunu etsəniz, daha böyük epidemiya ilə qarşılaşacağıq”, deyə Harris əlavə edib.

 

Xatırladaq ki, ÜST məlumatlarına görə, Braziliyada bu günə qədər 1,700-dən çox yoluxma faktı və bir ölüm qeydə alınıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR