İlon Mask 6,9 milyard dollarlıq səhmlərini satır – Səbəb isə...

İlon Mask 6,9 milyard dollarlıq səhmlərini satır – Səbəb isə...

Milyarder, iş adamı, “Tesla”nın icraçı direktoru İlon Mask şirkətdəki 6,9 milyard dollarlıq payını satıb.

 

Sfera.az bildirir ki, satış ötən həftə səhmdarların illik yığıncağından sonra həyata keçirilib. Mask “Twitter”in məhkəmə iddiası nəticəsində şirkəti satın almalı olacağı ehtimalına görə, bu pulun lazım olduğunu söyləyib.

 

Sözügedən satışlar avqustun 5, 8 və 9-da baş tutub.

 

“Twitter”də bir istifadəçinin "Satışları bitirmisiniz?" sualına  “bəli” cavabını verən İlon sosial media platformasını almaq məcburiyyətində qalacağı təqdirdə səhmlərini təcili satmaqdansa, “Tesla”nın səhmlərini əvvəlcədən satmağa üstünlük verdiyini vurğulayıb. Başqa bir istifadəçinin sualını cavablandıran Mask “Twitter”i almaq məcburiyyətində qalmadığı təqdirdə “Tesla” səhmlərini yenidən ala biləcəyini deyib.

 

Xatırladaq ki, daha əvvəl “Twitter”i almaq istəyən Mask bundan imtina edəndən sonra şirkət tərəfindən məhkəməyə verilib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...