"Rayonluların əlindən Bakıda nəfəs almaq olmur" deyən aktrisa özünə haqq qazandırdı: "Bunu tək mən demirəm ki..." - VİDEO

"Əvvəla, sosial verilişi açıb izləsinlər. Görsünlər, mən orada nə demişəm. Rayondan gələn xanım öz ailəsini və iki qızını həyat yoldaşının üstünə atıb, üstəlik məktub da yazıb ki, "Mənim uşaqlarıma yaxşı baxın. Məni axtarmayın. İmkan verin, həyatımı rahat yaşayım". Bundan sonra Bakıya üz tutub. Həyat yoldaşı və qayınanası onu çox axtardıqdan sonra sosial verilişə üz tutublar. Burada efirdə də xanımın şəklini göstəriblər. Onun Xırdalan, Sulutəpə, Masazır ərazisində ucuz kafelərdən birində işə düzəldiyi üzə çıxıb".

 

Sfera.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib.

 

O, bir həftə əvvəl aparıcı Amil Xəlilin "Gəl danış" verilişində rayonlularla bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirib. Aktrisa bu sözləri söyləyərkən bütün rayondan olan sakinləri nəzərdə tutmadığını, Bakıya gələn bekar, işsiz-gücsüz gənclərdən danışdığını bildirib:

 

"Mən də deməyi özümə borc bildim. Nə oldu? Bunu hamı deyir. Bir tək mənim sözüm daş-qalaq oldu? Mən başımı o dərəcədə itirməmişəm, dediyim sözlərə də cavabdehəm. Mən bölgələrdə yaşayan cavanlara səsləndim. Onu da dedim ki, hamıya şamil etmirəm. Hamınız sosial verilişləri izləyirsiniz. Gənc ailələrdən kimisi həyat yoldaşını, kimisi ərini, üstəlik uşaqlarını da atır və birbaşa Bakıya üz tutur. Heç bir işi, peşəsi də yoxdur. Üstəlik burada heç bir qohum-əqrəbası da yaşamır. Deyir, elə "Salam-Əleykum, mən Bakıda qalmaq  istəyirəm". Mən onlara səsləndim".

 

Xatırladaq ki, aktrisa sosial verilişdə qonaq olarkən rayonlardan Bakıya axın edən gənclərin çoxaldığını, bu səbəbdən də artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb. Sonaxanımın bu sözləri uzun müddət müzakirələrə səbəb olmuşdu.

 

(baku.ws)


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...