"Uşağı yanına salıb, məsciddə sinə vurmaqdansa..." - Məşhur aparıcı aşura mərasiminə gedənləri TƏNQİD ETDİ

Cəmiyyət
14:59 / 09.08.2022
14616
"Məscidə gedən xanımlara, gəlinlərə baxıram. Fikirləşirəm ki, körpə uşaqları yanlarına salıb, gedib "şaxsey" deyib, sinə vurmaqdansa, bir halva bişirib, kasıb qapılarına ehsan kimi paylamaq Allaha daha xoş gedərdi".
Sfera.az olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova instaqramda paylaşıb.
O, uşaqların məscidlərə aparılmağının koronavirusun yenidən yayıldığı bir dövrdə düzgün olmadığını bildirib:
"Xəstəliklərin yeni yayılan vaxtı uşaqları özünüzlə daşımaq nə məcburdu? Şəxsi fikrimdir".