Antiterror əməliyyatları davam edəcək – Qarabağdakı təxribatlar bu ehtimalı gücləndirir

Antiterror əməliyyatları davam edəcək – Qarabağdakı təxribatlar bu ehtimalı gücləndirir

“Dünən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Məlumata görə, 6 fakt Azərbaycan-Ermənistan dövlət sərhədində, 4-ü isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verib”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində, habelə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində artan erməni təxribatlarını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, "Qisas" əməliyyatının nəticə verəcəyinə ümid etsək də, belə olmadı:

 

“Ermənilər Laçını boşaltmağa başlasa da, provokasiyalar ara vermir. Əlbəttə, təxribatları Qarabağdakı terrorçu ermənilər törədir. Amma sülhməramlılar da bu məsələdə maraqlı ola bilərlər.

 

Birincisi, ona görə ki, Kreml Qarabağdakı mövcudluğunu qorumaq, mümkünsə sülhməramlıların sayını artırmaq istəyir.

 

İkincisi, indi Ermənistanda Qərblə Moskva arasında mübarizə gedir. Belə olan halda sülhməramlı "kartı" Rusiya üçün əsas "kozır"dır.

 

Lakin sabotajların arxasında kimin və hansı məqsədlərin dayanmasının bizim üçün heç bir fərqi yoxdur. Biz həm qarşı tərəfə, həm də vasitəçi Rusiyaya xəbərdarlıq etmişik. Bildirmişik ki, bu yolla İrəvanın vaxt udmasına imkan verə bilmərik. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə fransalı həmkarı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında söylədi ki, gərginliyə görə Ermənistan hərbi - siyasi hakimiyyəti məsuliyyət daşıyır. Ermənistan bu xəbərdarlıqlardan dərs çıxarmaq fikrində olsaydı, təxribatlarını davam etdirməzdi. Deməli, özləri də sübut edirlər ki, Azərbaycana əks- hücum əməliyyatlarından başqa yol qoymurlar.

 

Əgər təxribatlar davam edərsə, yəqin ki, "Qisas"ın davamı da gələcək. Bunu hər kəs, Rusiya da, Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...