“Bu il 3 Azərbaycan vətəndaşı turist kimi Ermənistana səfər edib” – Natiq Cəfərlidən şok açıqlama

“Bu il 3 Azərbaycan vətəndaşı turist kimi Ermənistana səfər edib” – Natiq Cəfərlidən şok açıqlama

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731,  Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.

Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletləri od qiymətinə olmasına baxmayaraq Azərbaycana gələn turist sayı az fərqlə də olsa Ermənistandan çoxdur:

 

“Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır. Deməli, məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil. İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər) , 2-ci yerdə ABŞ (13 017 nəfər), 3-cü yerdə Almaniya (8 554 nəfər), 4-cü yerdə Fransa (7 687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7 663 nəfər). Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib”.

 

Ekspertin sözlərinə görə, ölkəmizə ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub:

 

“Çünki Azərbaycan hökuməti hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb edir, Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir. Maraqlı detail da qeyd etmək lazımdır - 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşı turist kimi səfər edib”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...