Aynişan Quliyeva: "Sürücülər düşünürmüş ki, bu qız dəlidir" - FOTOLAR

Aynişan Quliyeva:

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

 

Sfera.az xəbər verir ki, o, instaqram hesabında sifariş verdiyi taksilərdən danışıb. Aynişan uzun müddətdir sürücülərə həm kartla, həm də nəğd ödəniş etdiyini, lakin bunun fərqində olmadığını bildirib:

 

"Bir neçə gündür taksidən istifadə edirəm və bu gün bir şey bilmişəm. Neçə gündür, nəğd ödəniş edirəm. Bu gün səhər çağırdığım taksi sürücüsü dedi ki, "xanım, ödəniş kartladır, niyə nəğd verirdiniz?" Cavab verdim ki, yox, nəğd ödəyirəm mən. Taksidən düşən kimi kart hesabına baxdım. Məlum oldu ki, neçə gündür bütün sifarişi həm kartla, həm də nəğd ödəyirmişəm.

 

Sürücülər səsini çıxarmırdı. Bəzən çox diqqətsiz oluram. Bu mənim səhvimdir. Taksi sürücüləri hər ödənişdən sonra "Allah razı olsun. Min əvəzini versin" deyirdilər. Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün bu qədər dua edirlər. Necə minnətdar insanlardır. Onlar da, yəqin, düşünürmüş ki, bu qız dəlidir. Ya kartla ödə, ya da ki nəğd... Artıq bir qərara gəl".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...