İsveçrə Türkiyənin koordinasiyası ilə Ukraynadan taxıl daşınmasınnı DƏSTƏKLƏDİ

İsveçrə Türkiyənin koordinasiyası ilə Ukraynadan taxıl daşınmasınnı DƏSTƏKLƏDİ

İsveçrə hökuməti Ukrayna-Rusiya müharibəsindən sonra qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınmasına dəstək bəyanatı verib.


Sfera.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyindən verilən açıqlamada  məlumat verilib.

 

"İsveçrə Ukraynadan Türkiyəyə 12 min ton taxıl daşıyan ilk gəmi göndərişinin gəlməsini alqışlayır" ifadəsi yer alıb.

 

Həmçinin bəyanatda Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsinin qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyi və ehtiyacı olan icmalar üçün böyük rahatlıq təmin edəcəyi vurğulanıb.

 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə iyulun 22-də İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT arasında “Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü sənədi” imzalanıb.

 

Avqustun 1-də ilk gəmi daşınması həyata keçirildiyi halda, ümumilikdə 305.458 ton taxıl Ukrayna limanlarından Bosfor boğazına və oradan da Livan, İrlandiya, İngiltərə, İtaliya və Çinə təhlükəsiz şəkildə daşınıb.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...