FTB Trampın evində niyə axtarış apardı? 

FTB Trampın evində niyə axtarış apardı? 

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.  

 

Sfera.az xəbər verir ki, bu barədə  Donald Tramp özü açıqlayıb.

 

“Mənim Florida ştatının Palm Beach şəhərindəki gözəl evim ,"Mar-A-Lago" indi mühasirədədir, böyük bir qrup şəkilində FTB agenti tərəfindən basqın və zəbt edilib. Daha əvvəl hər hansı bir prezidentin başına belə bir şey gəlməyib”. 

 


FTB agentlərinin mülkündəki seyfi sındırdığını iddia edən Tramp, “Əlaqədar müvafiq dövlət qurumları ilə əməkdaşlıq etdikdən sonra evimə edilən xəbərsiz basqın lazımsız və uyğun deyil” deyib.

 


“Associated Press” agentliyi bəzi mənbələrə istinadən bildirib ki, FTB çağırışı Trampın Ağ Evdəki fəaliyyəti dövründə Floridadakı iqamətgahında məxfi qeydləri əldə edib-etməməsi ilə bağlı araşdırmasıdır.

 

Qeyd olunub ki, Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən "Mar-A-Laqo"dan götürülmüş 15 qutu sənədin içindən çıxan məxfi qeydlərin olmasını araşdırdığını bildirib.

 

Gülər

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...