Azərbaycan Qazax istiqamətindən hücuma keçəcək? – “7 kəndi geri qaytarmaq üçün...”

Azərbaycan Qazax istiqamətindən hücuma keçəcək? – “7 kəndi geri qaytarmaq üçün...”

“Ermənistanın Azərbaycanla dövlət sərhədində təxribatlar törətməsi istisna deyil”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, sözügedən ölkənin diplomatik danışıqlarla heç bir şərtə əməl etmədiyini vurğulayıb:

 

“10 noyabr Birgə Bəyannamənin bir neçə bəndi, 26 noyabr Soçi razılaşması və nəhayət Brüssel danışıqlarında razılaşdırılan məsələlər kağız üzərində qalıb. Bununla bərabər, Ermənistan tərəfi məhz Brüsselin vasitəçiliyini fiaskoya uğradıb.  Azərbaycan "Qisas" hərbi əməliyyatları keçirməsəydi, Ermənistan Laçın şəhərini və Zabux kəndini boşaltmayacaq, yeni dəhliz yolunun Ermənistan ərazisində tikintisinə başlamayacaqdı. Bundan sonra da Ermənistan danışıqlarla deyil, yalnız Azərbaycanın hərbi güc tətbiqi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Praktika göstərir ki, Ermənistanla yalnız masa ətrafında deyil, sahədə danışmaq lazımdır”.

 

Ekspert bildirib ki, liderlərin razılaşdırılan növbəti Brüssel görüşündə də Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə bilər:

 

“Əgər İrəvan Qazaxın kəndlərini Azərbaycana qaytarmaqdan imtina edərsə, biz onları hərbi əməliyyatlarla azad edə bilərik. Ermənistan bunun qarşısını almaq üçün Rusiya hərbiçilərini qanunsuz olaraq həmin kəndlərdə yerləşdirib. Bununla bağlı Azərbaycan Rusiyaya xəbərdarlıq etməlidir. Çünki, Rusiya hərbiçiləri de-yuri Azərbaycana aid ərazidə yerləşib. Brüsseldə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, Azərbaycan güc tətbiq etməli, sülhə məcburetmə əməliyyatlarına başlamalıdır.  Proseslər də ona doğru gedir. Ümumiyyətlə, Brüsseldə keçirilən danışıqlara ehtiyac yoxdur. İrəvan bu kimi danışıqlarda əldə olunan razılaşmaları onsuz da yerinə yetirməyəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...