Rusiya qoşunlarını Ukraynanın cənubuna yığır – “Müharibə ölümcül mərhələyə qədəm qoyur”

Rusiya qoşunlarını Ukraynanın cənubuna yığır – “Müharibə ölümcül mərhələyə qədəm qoyur”

Rusiyanın yeni hədəfi açıqlanıb.

Sfera.az bildirir ki, bu barədə Britaniya və Ukrayna kəşfiyyatı məlumat yayıb.

 

“Guardian” qəzetinin xəbərinə görə, Moskva Ukraynanın cənub cəbhəsində mövqelərini gücləndirməyə və bölgədəki hərbi varlığını artırmağa başlayıb.

 

“New York Post” qəzeti bu inkişafı “müharibə yeni və ölümcül mərhələyə qədəm qoydu” başlığıyla təqdim edib. Ukrayna kəşfiyyatının mövzu ilə bağlı verdiyi açıqlamada isə bu ifadələr yer alıb: “Demək olar ki, rus qoşunlarının cənubda toplaşdığı dəqiqdir. Rusiya ya əks-hücum gözləyir, ya da hücuma hazırlaşır”.

 

“Guardian”ın məlumatına  görə, ruslar əlavə qüvvələr alır və işğal altındakı Zaporojjya bölgəsində Ukrayna hərbçilərinə qarşı hücumlarını davam etdirir. Qeyd olunub ki, Ukraynanın cənubdakı hücumuna ən böyük maneələrdən biri şənbə günü bombalanmış Avropanın ən böyük Zaporojjia atom elektrik stansiyasıdır. Çünki Rusiya iyulun ortalarından Ukrayna qüvvələrinə atəş açmaq üçün bu obyektdən dayaq kimi istifadə edir. Digər tərəfdən, Rusiya aylardır hərbi itkiləri açıqlamaq istəmir. Moskva məsələ ilə bağlı ilk və son rəsmi bəyanatını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar heç vaxt yenilənməyib.

 

Xatırladaq ki, ötən günlərdə xarici işlər naziri Sergey Lavrov "Xüsusi əməliyyat" olaraq xarakterizə etdiyi müharibədə Rusiyanın yeganə hədəfinin Ukraynanın şərqi olmayacağını açıqlamışdı. Dövlət mediasında çıxış edən rusiyalı nazir, “indi coğrafi hədəflər fərqlidir. Hədəflər artıq təkcə DNR və LNR ilə deyil, həm də Xerson, Zaporojjya və bir sıra digər bölgələrlə bağlıdır”, deyə bildirmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...