“Erməni kəndliləri Azərbaycan Ordusunu gözləyir...” – Ekspertdən açıqlama

“Erməni kəndliləri Azərbaycan Ordusunu gözləyir...” – Ekspertdən açıqlama

“Ermənistan hökuməti məğlubiyyəti qəbul edib, Xankəndində çemodan əhvalı hökm sürür, kəndlərdə isə Azərbaycan ordusunu gözləyirlər “.

Sfera.az bildirir ki, bunu politoloq Əziz Əlibəyli deyib. O qeyd edib ki, ötən əsrin 90-ci illərindən qeydə alınan işğal görüntülərində Azərbaycan torpaqlarının yağmalanmasında iştirak edən qüvvələrin mənşəyi təkcə Ermənistan və ya Qarabağ erməniləri deyildi:

 

“Suriyadan, Fransadan, Livandan, İrandan, Argentinadan və sair ölkələrdən gələnlər Ermənistanın sözdə vahidliyi uğrunda işğala qarışmışdılar. Bizdəki vəziyyətin əksinə, onlarda qranit bir birlik və yekdillik var idi. 2016-cı ildə baş verən aprel döyüşlərindən az sonra müdafiə nazirliyinin ittihamlarla üzləşməsi fonunda 2018-ci ildə Serj Sarkisyan istefaya məcbur edildi və erməni cəmiyyətinin birləşdirici ideoloji xəttinin - Ohanyan səddi kimi darmadağın edilməsi Nikol Paşinyanın hakimiyyətə gəlişinə səbəb oldu. Bu, eməni cəmiyyətinin ilk rəsmi parçalanması idi. 10 noyabr gecəsində imzalanan kapitulyasiya aktı erməni cəmiyyətinin ikinci parçalanmasının və rəsmən dənizdən-dənizə böyük Ermənistan ideologiyasının dəfni oldu.Bu, özlüyündən təkcə məğlubiyyətə gətirmədi, siyasi qüvvələrin hərbi antoqonizmini yaratdı, cəmiyyətdaxili toqquşmalara yol açdı. Uzun illərə söykənəcək qarşıdurma, ən minimal hesabla Qarabağda 30 il qalib, müharibədə isə artıq iki ildir məğlub olan milyonlarla erməninin dünyadan köçməsinə qədər davam edəcək”.

 

Ekspert  Laçın dəhlizinin avqust ayında tərk edilməli olduğunu vurğulayıb:

 

“Tiqran ənənəsi onları yenə oğurluğa, yağlamağa sövq edir. Qondarma rejimin deputatı inkar edir, Zabux kəndindəki erməni dəstəsinin rəhbəri təsdiq edir. Ermənistan hökuməti isə təkcə 10 noyabr razılaşmasının icrasını reallaşdırmamalıdır, həm də dron görüntüləri ilə nəzarət edən Azərbaycana imkan verməməlidir ki, gələcəkdə İrəvanı mülki cinayətlərə görə də beynəlxalq məhkəməyə versin. Amma mümkün kimi görünmür. Nə mərkəzi hökumət, nə Xankəndindəki terrorçular, nə kəndlərdə qalan quldurlar bir-biri ilə razılaşmır. Bir sözlə, dağılmağa məhkum olmuş böyük Ermənistan parça-parça özlərinin əllərindəki toxmaqla çökür, dağılır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...