Rusiyanın ümidi Türkiyə və Çinin bank sisteminədir - ŞƏRH

Rusiyanın ümidi Türkiyə və Çinin bank sisteminədir - ŞƏRH

“Pandemiya və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi dünya iqtisadiyyatında və ərzaq təhcizatında ciddi problemlər yaradıb. Bundan əlavə bir sıra ölkələrdə bank sistemləri ağır vəziyyətdir. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya tərəfdaş ölkələrdə, məsələn Türkiyə və Çinin banklarında müxbir hesabları açmağa çalışır. Ancaq bu həm Türkiyə, həm də Çin üçün risklidir. Çünki Kremlə qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri Rusiya bankları ilə əməkdaşlıq edən ölkələri də xəbərdar ediblər. Bu baxımdan Ankara qərar verməyə tələsməyəcək. Digər tərəfdən Çindəki banklar da Rusiya ilə əməkdaşlığa meyl etmədən ciddi problemlərlə üz-üzə qalıblar”.

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O qeyd edib ki, Çinin bəzi əyalətlərində bankların müştərilərinin etirazları qeydə alınıb. Etirazçıların qarşısını almaq üçün tanklardan belə istifadə olunub:

 

“Çin rejimi etirazları yatırtmaq üçün sonuncu dəfə tanklardan 1989-cu ildə istifadə edib. Həmin il Pekin paytaxtın ən böyük Tyananmen meydanında tələbələrin siyasi islahatlar tələbinə qarşı ordunu və tankları küçələr çıxarmış, nəticədə bugünə qədər sayı bəlli olmayan insan həlak olmuşdu.

 

Çinin bir neçə iri bankı müştərilərinin depozitlərini qaytarmaq imkanında deyil. Dondurulmuş hesabların miqdarı 6 milyard dollardır. Əlbəttə böyük valyuta imkanlarına malik olan hökumət banklara müştəriləriylə hesablaşmağa vəsait ayıra bilər. Ancaq bu halda hökumət başqa bankları da xilas etmək üçün eyni üsuldan istifadə etmək məcburiyyətində qalacaq ki, problemin miqyası artacaq”.

 

Ekspertin sözlərinə görə, əmlak bazarında durğunluq tikinti şirkətlərinin borclarının artmasına səbəb olub:

 

“Şirkətlər banklara olan borclarını qaytara bilmirlər. İpoteka kreditləri də qaytarılmır.

 

Çində artan iqtisadi problemlər insanların alıcılıq qabiliyyətinə də mənfi təsir edib. “Financial Times” dərgisinin yazdığına görə, çinlilər son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını kütləvi surətlə alırlar. Çinlilər bu yolla maliyyə vəsaitlərinə qənaət etməyi düşünürlər. Çində son istifadə tarixi bitməkdə olan ərzaq məhsullarını satan ixtisaslaşmış dükanların sayı artıb. Misal üçün il ərzində Çində 119 belə dükan açılıb. Halbuki 10 il ərzində ölkədə cəmi 92 belə dükan açılmışdı. Belə dükanlara kasıb ailələrlə yanaşı orta təbəqə də maraq göstərir. Çində aylıq 600 dollar maaşı olan şəxslər orta təbəqə nümayəndələri sayılırlar”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...