İran Bakıdakı əsas təsir mərkəzlərindən birini itirdi – Şərh

İran Bakıdakı əsas təsir mərkəzlərindən birini itirdi – Şərh

“İrana, yaxud digər kənar təsirlərə görə Azərbaycanın inanclı kəsimini, xüsusilə çoxluğun mənsub olduğu şiəliyi bütövlükdə hədəf seçmək təhlükəli tendensiyadır. Bu, onların özgələşdirilməsi, başqa ölkələrə doğru itələnməsi ilə nəticələnir”.

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Məhərrəmlik ayı ilə əlaqədər Bakının Məşədi Dadaş məscidində təşkil edilən dini ayində Azərbaycan bayraqlarının dalğalandırılması haqda danışarkən deyib.

 

Onun sözlərinə görə, İran ölkəmizə qarşı din siyasətini məhz “şiələr təqib olunur” iddiası üzərindən qurur:

 

“Bu mənada Məşədi Dadaş məscidindəki görüntülər illərdir görmək istədiyimiz mənzərədir. İnanclı insanlarımızın əlində dini bayraqlar yox, üzərində İslamın rənginin də olduğu Azərbaycan bayrağı var.

 

Məşədi Dadaş məscidi vaxtilə İranın Bakıda əsas təsir mərkəzlərindən idi. İndiki mənzərə bu təsiri aradan qaldırmağın, dəyişiklik etməyin mümkünlüyünü, ən azı buna ümidin olduğunu göstərir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...