“ABŞ İranı müharibəyə çəkəcək” – Qəzzadakı gərginliyin səbəbi

“ABŞ İranı müharibəyə çəkəcək” – Qəzzadakı gərginliyin səbəbi

Qəzza bölgəsində bir neçə gündür gərginlik davam edir, İsrail əraziyə raket zərbələri endirir. Bu baxımdan dünyadakı yeni toqquşma ocağına dair müxtəlif fikirlər səsləndirilir. Digər tərəfdən Qəzzadakı olayların arxasında Ağ Evin dayandığı bildirilir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-ın üç əsas rəqibi var - Rusiya, Çin və İran:

 

“Bir müddət əvvəl rəsmi Vaşinqton bu dövlətlərə qarşı "Taliban" kartından istifadə etməyə çalışdı. Əfqanıstandakı yeni hökumət hələ də xüsusilə İran üçün təhdid olaraq qalır. Təxminən 6 ay əvvəl Qərb Ukraynada "bataqlıq" yaratdı və Rusiyanı buna çəkdi. O vaxtdan bəri Kremlə ciddi zərbələr dəyib: sivil dünyadan təcrid olunub, tərəfdaşlarını itirib və iqtisadi sanksiyalara məruz qalır. Əlbəttə, bunun davamı gələcək. Hətta Ukraynanın parçalanması hesabına olsa belə, Rusiya çökdürüləcək. Bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Polosinin Tayvana səfəri ilə Çin də təxribata çəkildi. Lakin Pekin Moskvadan fərqli olaraq daha soyuqqanlı davrandı, provokasiyaya getmədi. Hərçənd toqquşma ehtimalı hələ də var. Bu dəfə İranın hədəf alınması mümkündür. ABŞ-la İsrailin dostluq münasibətləri məlumdur. Tel-Əvivlə Tehran isə düşməndir. Belə olan halda ABŞ İsrailin "əli ilə" İranı müharibəyə çəkə bilər”.

 

Ekspert qeyd edib ki,  son vaxtlar müxtəlif məsələlər, o cümlədən Ukraynadakı savaşla bağlı Türkiyənin mövqeyi ABŞ-ı narahat edir:

 

“Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesinin başlanmasına rəğmən, Vaşinqton bu yolla Ankaranın da fikrini yayındırmaq istəyə bilər. Hərçənd Ankara ilə Tel-Əviv arasında toqquşma olacağı ağlabatan deyil. Nə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nə də İsrail Baş naziri Yer Lapid buna gedər. Əgər Qəzzada gərginlik davam edərsə, bu, baş verənlərin arxasında yenə də ABŞ-ın dayandığı ehtimalını artıracaq. Həqiqətən, belədirsə, deməli, Ağ Ev təkqütb dünya yaratmaqda israrlıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...