Azərbaycanda heç kəs dini inancına görə mühakimə edilmir – ŞƏRH

Azərbaycanda heç kəs dini inancına görə mühakimə edilmir – ŞƏRH

Qloballaşan dünyamızda hər hansı bir dövlətin təhlükəsizliyini təkcə həmin dövlətin daxili işi kimi qəbul etmək düzgün olmazdı. Çünki müasir dünyamızda bütün dövlətlər bu və ya digər formada bir-birinə inteqrasiya edərək, tam bir mexanizm kimi fəaliyyət göstərmək zorundadır.

 

Bundan kənarda qalmaq, yaxud imtina etmək demək olar ki, mümkün deyil. Bununla belə, bir sıra dövlətlər milli və dini amilləri önə çəkərək, özlərinin fərqliliyini sübut etməyə çalışırlar ki, bu da sonunda dini və milli qarşıdurmalara gətirib çıxarır. Buna görə də müasir dünyamızın qarşısında duran əsas problemlərdən biri olan dini radikalizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq və birgə mübarizə formalarının tapılması mühüm əhəmiyyət daşıyır.

 

Maraqlıdır, ölkəmizdə bu məsələ necə tənzimlənir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, bu gün Azərbaycanda din dövlətdən ayrıdır və ölkə ərazisində dini inancına görə heç kəs təqib olunub sıxışdırılmır:

 

“Azərbaycan dünyəvi dövlətdir. Din heç bir zaman ölkə siyasətinin bir tərkib hissəsi olmayıb. Yəni ölkəmizdə insanlar dini inanclarına görə hər zaman sərbəst olub. Dinin siyasətə qarışmaması zəruri və vacib haldır. Yaxın tarixə nəzər saldıqda biz həm dünya miqyasında, həm də regionumuzda dinin siyasətə qarışması halında necə ciddi fəsadlar yarandığının şahidi olmuşuk. Yaxın Şərq regionu uzun illərdir məhz din-məzhəb qarşıdurmalarından əziyyət çəkir. Dini ekstimist cərəyanlar, onların çoxsaylı üzvləri həm mənsub olduqları ölkə, həm də region üçün hər zaman ciddi təhlükə olub. Sevindirici haldır ki, ölkəmiz bu cür təhlükəli bəladan uzaqdır. Şübhəsiz bu gün ölkəmizdə dini qarşıdurmaların yaşanmamasının ən vacib səbəbi mərhum prezident Heydər Əliyevin uzaqgörən siyasətidir. Heydər Əliyevin bu siyasətini onun layiqli davamçısı İlham Əliyev cənabları davam etdirir. Bu gün ölkəmiz dünyada dini dözümlülük, dinlərarası dialoq mərkəzlərindən hesab edilir. Yaxın Şərq, Mərkəzi Asiya kimi dini qarşıdurmaların tez-tez yaşandığı iki regionun arasında yerləşən Cənubi Qafqazda bənzər halların yaşanmamasının ən böyük səbəbi Azərbaycanın din və dövlət siyasətini bir-birindən ayrı şəkildə təşkil etməsidir”.

 

Turan Rzayev

 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...