Dolların məzənnəsi ilə bağlı MÜHÜM QƏRAR

Dolların məzənnəsi ilə bağlı MÜHÜM QƏRAR

Qlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlanıb.

 

Sfera.az verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatda avqustda məşğulluğun 151 min artdığını göstərir. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.

 

ABŞ-da Avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.

 

FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0.1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0.2% artım idi.

 

Bildirək ki, qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir. Göstəricilərin proqnozdan aşağı çıxması FED-in sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir.

 

Bu arada, məlumatın açıqlanmasının ardınca qlobal birjalarda dollar ucuzlaşmağa başlayıb.

 


 


 


 



OXŞAR XƏBƏRLƏR