Aybəniz Haşımova hər kəsi TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Əməkdar artist Aybəniz Haşımova sevilən şair Nüsrət Kəsəmənli ilə birgə çəkilən fotonu sosial şəbəkədə paylaşıb.
Sfera.az xəbər verir ki, 29 il öncə çəkilən foto həm müğənni, həm də sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Sənətçi fotonun altında təəssüratını belə ifadə edib: "1987-ci il sevimli şairimiz Nüsrət kəsəmənli ilə birgə çəkdirdiyimiz "Şirəli və Aybarçin” tacik filmindən foto. Çox gözəl bir xatirə. Allah sənə rəhmət eləsin. Əziz qardaşım, dəyərli şairimiz”.
Məlumat üçün bildirək ki, "Şirəli və Aybarçin” adlı film ikihissəlidir. Filmin ikinci hissəsi Azərbaycanın şahlıq dövrünü əhatə edirdi. Filmin birinci hissəsi Özbəkistanda, ikinci hissəsi isə Azərbaycanda lentə alınıb.
Yaradıcı heyətin təklifi ilə, filmdəki şahzadə Aybarçinin obrazı A.Haşımovaya həvalə olunub. O dövrdə film bütün dünyada məşhur idi. Hələ sovetin dövründə ekran işi yüksək məbləğdə satışa çıxarılaraq, 70-ə yaxın ölkəni dolaşmışdı.
Fotonu təqdim edirik:
Publika.az //
Sfera.az