Putinin çox güvəndiyi qadın komandir Ukraynada öldürüldü – Kremlin yasını tutduğu Olqa Kaçura kimdir?

Putinin çox güvəndiyi qadın komandir Ukraynada öldürüldü – Kremlin yasını tutduğu Olqa Kaçura kimdir?

Fevralın 24-dən bu yana onlarla rus polkovniki və generalını qətlə yetirən ukraynalılar ilk dəfə bir qadın komandiri sıradan çıxarıblar.

Sfera.az bildirir ki, ukraynalıları qətlə yetirməkdən həzz almaqla öyünən və xüsusilə mülki insanları hədəfə alması ilə tanınan polkovnik Olqa Kaçura atılan raketlə vurulub.

 

“Korsa” ləqəbli 52 yaşlı qadın komandir avtomobili ilə Horlivkada səyahət edərkən ona doğru raketin hərəkət etdiyindən xəbərsiz olub. Avtomobili partladılan “Korsa”nın ölümü həm Kremli, həm də Donetsk Xalq Respublikasını şoka salıb. Rusiya mətbuatı Olqa Kaçuraya ölümündən sonra “Rusiya Qəhrəmanı” və “Donetsk Xalq Respublikasının Qəhrəmanı” titullarının verildiyini açıqlayıb.

 

"Russia Today"in baş redaktoru Marqarita Simonyan "Əfsanəvi Korsa Horlivka da öldü. Rəis (Putin) “Korsa”ya Rusiya Qəhrəmanı titulunu verdi" mesajını paylaşıb. Məlumata görə,  “Xanım ölüm” kimi də tanınan Kaçura 2014-cü ildə Moskvanın dəstəklədiyi rusiyayönlü separatçıların üsyanından əvvəl Horlivka polis idarəsində zabit olub. İşğaldan iki gün əvvəl Putin tərəfindən rəsmən tanınan Donetsk Xalq Respublikası Olqa Kaçura polkovnik rütbəsi verib. Qadın əsgər Kremlin media kanallarında ukraynalıları öldürməkdən həzz aldığını bildirib.

 

Qeyd edək ki, iki uşaq anası Olqa Kaçura bu günə qədər Ukrayna tərəfindən öldürülən 97-ci hərbçidir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...