Marina Ovsyannikova danışdı: “Həbs qərarı versələr...”

Marina Ovsyannikova danışdı: “Həbs qərarı versələr...”

Rusiya televiziyasında Ukraynanın işğalına etiraz edən Marina Ovsyannikova uzun müddətdən sonra səssizliyini pozub.

Sfera.az bildirir ki, ölkəsinə qayıtmağa qərar verən jurnalist diqqətçəkən açıqlamalar verib.

 

“AFP”-ə danışan və başına gələcəklərdən xəbərdar olduğunu etiraf edən 44 yaşlı iki uşaq anası hər an həbs oluna biləcəyini deyib. Etiraz qərarını “Rus ruleti oynamağa qərar verdim” sözləri ilə yekunlaşdıran Ovsyannikova fikirlərini bu cür ifadə edib: “Həbs qərarı versələr, bir gün ərzində bunu edəcəklər. Cəmi bir neçə saniyə çəkəcək”.

 

Xatırladaq ki, Rusiyada müxalifətçilər, eləcə də Putin tərəfdarları tərəfindən tənqid edildiyini bildirən jurnalist “Rusiyanın ən nifrət etdiyi adam” elan edilib. Etirazı ilə bir anda dünyanın bir nömrəli gündəminə çevrilən rusiyalı jurnalist hadisədən dərhal sonra nəzarətə götürülüb.

 

Məhkəmə tərəfindən 14 saat sorğu-sual edilən və 30 min rubl cərimələnən Ovsyannikova etirazdan bir qədər əvvəl lentə aldığı videoda Ukraynanın işğalını "cinayət" adlandırıb və ittiham etdiyi kanalda işləməkdən utandığını bildirib.

 

“Rusların zombilərə çevrilməsinə icazə verməkdən utanıram. Biz bu qeyri-insani rejimi sükutla seyr edirdik”, deyə o söyləyib. Atasının da ukraynalı olduğunu deyən Ovsyannikova Rusiya xalqını müharibəyə etiraz etməyə çağırıb və “Heç nədən qorxmayın, hamımızı həbs edə bilməzlər” deyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...