Səfirlik əməkdaşları niyə müqavimət göstərməyib? – Onların üzərində silah olub?

Səfirlik əməkdaşları niyə müqavimət göstərməyib? – Onların üzərində silah olub?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə dini radikalların hücumu baş verib. Radikallar səfirlik binasına daxil olaraq bayrağımıza qarşı hörmətsiz davranış sərgiləyiblər. Yalnız polisin müdaxiləsindən sora onları səfirliyimizin binasından çıxarmaq mümkün olub.

Maraqlıdır, bu kimi hallar qarşısında səfirlik əməkdaşları müqavimət göstərə bilməzdilərmi? Ümumiyyətlə, diplomatik şəxslər hansı hallarda silahdan istifadə edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən  keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, baş vermiş olayda məsuliyyəti Böyük Britaniya hökuməti daşıyır:

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

“Səfirliklərinin təhlükəsizliyini yerləşdikləri ölkənin təhülksəzilik orqanları, yaxud təhlüksəzilik şirkəti əməkdaşları qoruyur. Mən Böyük Britaniyada bunun necə təşkil edildiyini dəqiq bilmirəm. Çünki bu dəyişən prosedurdur, hər ölkədə fərqli təşkil edilib. Bununla belə, bir hal baş verməyə də bilərdi. Çünki səfirliyimizə hücum edən radikal təşkilat bundan öncə də bənzər şəkildə Böyük Britaniyada səfriliklər qarşısında aksiyalar keçirib. Buna görə də belə halların qarşısını öncədən ala bilərdilər. Burada yerli polis orqanlarının səhlənkarlığı var.

 

O ki qaldı, diplomatik səfirlik əməkdaşlarının belə hallar qarşısında nə etməli olduğuna, deyə bilərəm ki, elə ölkələr var ki, onların qanunvericiliyində səfirlik əməkdaşlarının silah gəzdirməsinə icazə verilir. Bəzi ölkələrdə isə belə bir izn yoxdur. Ümumilikdə isə səfirlik daxilində fors-major hallar zamanı polis, təhlüksəzilik qüvvələri, yanğından mühafizə kimi qurumlara siqnal göndərəcək qurğular olur. Bu yolla onlara xəbər yollamaq olur“.

 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi Böyük Britaniya tərəfindən təmin edilməli idi:

Qabil Hüseynli: “Gec-tez Ermənistan işğal etdiyi torpaqları azad etməyə  məcbur qalacaqdır ”

“Bir çoxları diplomatları qınayır və onları səfirliyi radikallara təslim etdiyi şəklində təəssürat yaratmağa çalışır. Diplomat əsgər deyil. O ölkəsini təmsil edir. Onun və bütün diplomatik korpusun təhlükəsizliyinə həmin ölkənin təhlüksəizlik orqanları cavabdehdir. Böyük Britaniya hökuməti bu məsələ ilə bağlı izahat verməlidir. Bayrağımıza və ya diplomatlarımıza qarşı edilən təhqir eynidir. Oradakı dövlət atributları, eyni zamanda diplomatlar Azərbaycan dövləti deməkdir. Məsələni fərqli kontekstə çəkmək lazım deyil“.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...