Azərbaycan neftinin qiyməti 34 dollardan çox enib - Nefti nə ucuzlaşdırır?

Azərbaycan neftinin qiyməti 34 dollardan çox enib - Nefti nə ucuzlaşdırır?

Dünən dünya birjalarındakı konyuktura uyğun olaraq Azərbaycan neftinin də qiymətində ciddi enmə qeydə alınıb. Bir gün əvvəl 102 dollara satılan "Azeri Light" (CIF) neftinin qiyməti dünən 96,6 dollara düşüb.

Sfera.az bildirir ki, son günlərdə neft qiymətlərində enmə müşahidə edilir. İyulun 29-da Azərbaycan neftinin qiyməti 110 dollar olduğu halda hazırda 13,4 dollar ucuz satılır.

 

Son 2 ayın müqayisəsində isə neftin daha çox dəyər itirdiyinin şahidi oluruq. İyunun 9-dan bəri ölkəmizdən ixrac olunan neftin dəyəri 34,4 dollar enib. İki ay əvvəl Azərbaycan nefti 131 dollardan baha satılırdı. 

 

Bəs, son günlərdə nefti ucuzlaşdıran nədir?

 

Müşahidələr göstərir ki, nefti ucuzlaşdıran uzunmüddətli səbəb qlobal iqtisadiyyatda aktivliyin zəifləməsi və böhran əlamətlərinin yaranmasıdır. Son 2-3 gündə isə bu səbəblərlə bərabər Çin-Tayvan gərginliyinin artması da neftin dəyərinə mənfi təsir edir.

 

Qlobal iqtisadi böhranın olması istehsalın və gəlirlərin azalmasına səbəb olur ki, bu da xammala, o cümlədən neftə olan tələbi zəiflədir. Bu gözlənti ilə əlaqədar olaraq dünən “OPEC+” ölkələri də gündəlik neft hasilatını cəmi 100 min barel artırmaq haqqında razılıq əldə etdilər. Halbuki, əvvəlki hər ayda gündəlik hasilat  400 min barel artırılırdı.

 

“OPEC+”- un ehtiyatlı davranması ondan xəbər verir ki, neft hasilatçıları tələbdə zəifləməni müşahidə edir.

 

Əgər dünyanda böhran əlamətləri güclənərsə, o halda, neftin dəyəri daha çox enəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...