“İrana bağlı qüvvələr aktivləşəcək, hamını birliyə çağırırıq...” – Siyasilər London təxribatından danışdı

“İrana bağlı qüvvələr aktivləşəcək, hamını birliyə çağırırıq...” – Siyasilər London təxribatından danışdı

"Londondakı səfirliyimizin binasına hücum və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması bir çox mətləblərdən xəbər verir”.

Sfera.az bildirir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, Azərbaycanı sevməyən qüvvələr xaricdə törətdikləri bu qanunazidd hərəkətləri ölkə içinə daşımağa çalışacaq və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçəcəklər:

 

"Xüsusilə, İrana bağlı qüvvələr aktivləşəcək. Hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırırıq”.

 

REAL partiyasının icraçı katibi Natiq Cəfərli qeyd edib ki, Londondakı hadisənin arxasında kimlərin durduğu mütləq üzə çıxmalıdır, amma bu mənfur cinayətin bir neçə məqsədi var:

 

“İlk növbədə Azərbaycan ilə Britaniya arasında özəl, çoxşaxəli münasibətlər var, hadisənin məhz Londonda olması iki ölkə arasında olan münasibətləri korlamağa hesablanmış ola bilər. Nəzərlər həmən qonşu İranın üzərinə düşür, bu isə əsl səbəbkarların da niyyəti ola bilər ki, iki ölkə arasında zatən hamar olmayan münasibətlər daha da korlansın. Hadisənin arxasında İran ola bilər, amma çox qəliz sxem quraraq başqalarının əli ilə edib izi itirəməyə çalışa da bilər, bu isə daha böyük təhlükələrdən xəbər verir. Bu hadisəni edənlər ölkəmizin daxilində qarışıqlıq salmağa da hesablana bilər - diqqətli və soyuqqanlı olmalıyıq, dini və etnik məsələlər çox həssasdır, "tezalışandır", provokasiyalara getməməliyik. Bu hadisə cənublu qardaşlarımızın nəbzini yoxlamaq üçün də təşkil edilə, daha qlobal gedişatın bir parçası da ola bilər”.

 

Partiya üzvü bildirib ki, Londondakı hadisə, Qarabağda baş verənlər, bölgəmizdə davam edən Rusiyanın Ukraynaya təcavüzü, Türkiyə ilə hərbi-siyasi ittifaqımızı daha üst səviyyəyə çıxartmağı labüd edir: “Ölkəmizdə hüquqi olaraq Türkiyə ilə birgə Hərbi Tədris Mərkəzlərinin - faktiki olaraq isə hərbi bazaların yaradılması məmləkətimizin sığortası ola bilər”.

 

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirib ki, baş verənlər Azərbaycan dövlətinə qarşı hücumdur və bunu təşkil, icra edənlər ən ağır formada cəzaya məhkum edilməlidirlər:

 

“Məlum Azərbaycan dövlətinə qarşı məlum bu terror aktını İrana bağlı “Mehdi Xidmətçiləri” adlı radikal şiə qruplaşması öz üzərinə götürüb. Heç şübhəsiz ki, bu olayın arxasında kimlərin dayandığını artıq göz önündədir. Bir neçə müddətdir oxşar əməllərin Bakı küçələrində də qadın maskası altında gizlədilmiş əlaltıları vasitəsilə edilməsinə cəhdlər edilib. Küçə-küçə şüarlar yazılması, küçələrdə haray-həşir salmaq cəhtlərini buna misal göstərmək olar. Heç şübhəsiz ki, Azərbaycan hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu kimi təxribatların qarşısı zamanında alınıb. Bütün bu təxribatlara rəğmən nə yazıqlar ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi və şəxsən Allahşükür Paşazadə ağzını açıb bir kəlmə belə olsun deməyib, inanclı kəsimə təxribatlarla bağlı çağırış etməyib”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...