Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
Siyasət
16:28 / 04.08.2022
17589
Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.
Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - o qeyd edib.