Estoniyada sovet abidələri söküləcək

Estoniyada sovet abidələri söküləcək

Estoniyada ictimai yerlərdə olan və SSRİ-ni tərənnüm edən abidələr söküləcək.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin baş naziri Kaja Kallas verib.

 

“Biz qərara gəldik ki, sovet sistemini təbliğ edən abidələr ictimai məkandan köçürülsün. Bu qərarı təcili icra edəcəyik”, - deyən baş nazir əlavə edib ki, sökülmənin konkret tarixləri və prosedurları yerli hakimiyyət orqanlarının hazırlığından və logistika planından asılıdır.

 

O, xüsusilə Sovet əsgərlərinin azadedici imicini yaradan, təbliğ edən tank abidəsi üzərində dayanıb. Onun sözlərinə görə, abidə Narva şəhərinin bələdiyyəsinə aiddir və buranın meri Katri Raik abidənin köçürülməsinə qarşı çıxıb.

 

Baş nazir onu da vurğulayıb ki, həlak olan sovet əsgərlərinin xatirəsinin anılması heç bir halda qadağan edilməyəcək: “Lakin bu, xüsusi yerlərdə, yəni qəbiristanlıqda keçirilməlidir. Tank qətl silahıdır, o, xatirə obyekti deyil və insanlar indi Ukraynanın küçələrində həmin tanklardan atılan atəş nəticəsində ölürlər”, - deyə Kallas fikrini yekunlaşdırıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...