“Paşinyanın bugünkü bəyanatı müharibə anonsudur” – Azərbaycanın başqa yolu qalmır...

“Paşinyanın bugünkü bəyanatı müharibə anonsudur” – Azərbaycanın başqa yolu qalmır...

“Paşinyan indicə hökumətin iclasında çıxış etdi. Çıxışında Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğunu, sənəddəki 3 bəndin yerinə yetirilməli olduğunu qeyd etdi - Laçın dəhlizi açıq olmalıdır, "Dağlıq Qarabağ"da ərazi vahidi qəbul edilməlidir, "Dağlıq Qarabağ"a sərhəd xətti tanınmalıdır. Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, "Dağlıq Qarabağ"ın özünümüdafiə qoşunları var” .

Sfera.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun sədri Politoloq Zaur Məmmədov Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışını şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Paşinyan bu absurd çıxışı ondan xəbər verir ki, Nikol 2018-2020-ci illərdə olduğu kimi, yeni müharibənin başlanmasını labüd edir:

 

“Çünki Ermənistandan 1 avqust tarixinə qədər silahlı birləşmələri çıxarmaq tələb edilmişdi. Yeri gəlmişkən, Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələri tutduğuna görə rus sülhməramlılarını ittiham edib. O bildirib ki, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb. Paşinyan deyəsən yenə nələrisə səhv salır. Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.

 

O ki qaldı onun “Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır” bəyanatına, bu açıqlama indiki halda ciddi deyil. Dünən Müdafiə Nazirliyimiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...