Hibrid və elektrik avtomobillərinin satışı artacaq - Ekspert

Hibrid və elektrik avtomobillərinin satışı artacaq - Ekspert

Azərbaycan Mərkəzi Bankının qərarı ilə elektrik və hibrid avtomobillər üçün kredit şərtləri yüngülləşdirilib.

Sfera.az xatırladır ki, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”sına edilən dəyişikliyə əsasən yeni elektrik mühərrikli avtomobillər kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobillər alınan zaman isə 20% ilkin ödəniş tələb olunacaq. Ənənəvi yanacaqlarlarla (benzin, dizel və qaz) çalışan yeni avtomobillər alınan zaman ilkin ödəniş üçün 40% tələbi saxlanılıb.

 

Elektrik və hibrid avtomobillər üçün kredit şərtlətinin yüngülləşdirilməsi qərarını şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib ki, ekoloji təmiz avtomobillərin əlçatanlılığının yaxşılaşdırılması gözlənilən idi.

 

O bildirdi ki, 2021-ci ildə qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5 prioritetindən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Ekspertin fikrincə, ölkəmizin ekosistemini yaxşılaşdırmaq üçün atmosferə buraxılan zərərli qazların miqdarı azaldılmalıdır. O bu məqsədlə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin, qazların miqdarının azaldılmasının vacib olduğunu vurğuladı. Onun sözlərinə görə Mərkəzi Bankın son qərarı məhz bu məqsədə xidmət edir: “Qeyd edilən istiqamətdə dövlət müəyyən addımlar atır. İlk növbədə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalını və ölkə daxilində istismarını stimullaşdıran, həvəsləndirən müəyyən addımlar atılıb.

 

Elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib, idxal zamanı yalnız gömrük rüsumu alınıb. 2022-ci ilin yanvarın 1-dən isə yeni qaydalar qüvvəyə minib və yeni elektrik, hibrid avtomobillərin idxal xərcləri azaldılıb. Bu il qüvvəyə minən dəyişiklikdən sonra istehsal tarixi yeni olan hibrid və elektrik avtomobillərin qiymətlərində enmə müşahidə olunub.

 

Növbəti mərhələ isə belə avtomobilləri almaq istəyən vətəndaşlara təklif edilən kreditlərin şərtlərinin yüngülləşdirilməsidir. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ilkin ödəniş nisbəti 40 faizdən 10 və 20 faizə salınması ölkəmizdə ekoloji təmiz avtomobillərə marağı artacaq. Çünki əhali üçün bu avtomobillərə sahib olmaq daha əlçatan olacaq”.

 

Bu dəyişiklikləri nəzərə alan E.Cəfərov hesab edir ki, qarşıdakı dövrdə ölkəmizdə elektrik və hibrid avtomobillərə tələb artacaq, həmin avtomobillər daha çox idxal ediləcək. 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...