Ərdoğanla Putinin növbəti “Soçi sınağı” – Nələr müzakirə olunacaq?

Ərdoğanla Putinin növbəti “Soçi sınağı” – Nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya gedir. O, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

 

Məlum görüşlə bağlı fikirlərini Sfera.az-la bölüşən siyasi analitik Turab Rzayev bildirib ki, Rusiya ilə Türkiyə arasında həm strateji ortaq məqsədlər, həm də qarşıdurmalar həddindən artıq çoxdur. Bu baxımdan da iki ölkə arasında müzakirə ediləcək məsələlərin siyahısı genişdir.

 

Analitik qeyd edib ki, görüşdə ilk öncə Ukrayna-Rusiya müharibəsi müzakirə obyekti olacaq:

 

“Artıq Ukrayna məsələsi dalana dirənib və Ərdoğanın bütün səyləri məhz Putin Rusiyasını bu dalandan çıxarmağa hesablanıb. Müzakirə ediləcək ikinci məsələ ərzaq qıtlığı ilə bağlı ola bilər. Türkiyənin özündə də müəyyən qədər ərzaq qıtlığı və bahalaşma hökm sürür. Yəqin ki, xüsusilə Ukrayna taxılının çıxarılması ilə bağlı çox ciddi çalışmalar olacaq. Ərdoğan hazırda Ukrayna ilə Rusiya arasında həm yeganə siyasi vasitəçi rolunu oynayır, həm də Ukrayna taxılının çıxarılması ilə bağlı səy göstərir. Bu da dünyada ərzaq qıtlığının qarşısını ala bilər.

 

Görüş zamanı Suriya ilə bağlı məsələnin də masada olacağı istisna deyil. Türkiyə Suriya ilə yeni hərbi əməliyyatlar aparmaq istəyir. Burada həm İran, həm Rusiya, həm ABŞ, həm də Suriya və İsrail Türkiyənin qarşısında yer alır. Türkiyə bu məsələ ilə bağlı ən azı Rusiyanı öz tərəfinə çəkməyə və Rusiyanın susqunluğunu əldə etməyə çalışacaq”.

 

T.Rzayevin fikrincə, son günlər Qarabağ cəbhəsində baş verən gərginliklər də Soçi görüşündə müzakirə ediləcək: “Azərbaycanın haqlı mövqeyi açıq şəkildə yenə Rusiya tərəfinə çatırılacaq. Eyni zamanda Türkiyə ermənilərin tərkisilah olması ilə bağlı öz mövqeyini ortaya qoyacaq. Türkiyə Rusiya sülhməramlılarının bölgədə olmasından narahatdır.

 

Digər mövzular isə Türkiyənin Yunanıstan və ABŞ-la problemləri, Liviya və Mərkəzi Asiya ölkələri ilə münasibətlərdir. Gündəm həddindən artıq genişdir, lakin əsas mövzular Ukrayna məsələsi, Suriya və Qarabağ böhranıdır”.

 

Yeganə


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...