Dollar 18 lirəyə yüksəlib
İqtisadiyyat
13:44 / 04.08.2022
12536
Türkiyənin milli valyutası olan lirənin ucuzlaşması davam edir.
Sfera.az xəbər verir ki, dollar/lirə kursu dünən axşam 18,08 həddinə yüksəlib, bu gün isə 17,95 ətrafında dəyişir. Halbuki, məzənnə bir ay əvvəl 16,8 səviyyəsində idi.
Xatırladaq ki, dollar/lirə kursunda ən yüksək səviyyə ötən ilin dekabrın 20-də qeydə alınıb. Həmin tarixdə kurs 18,36-ya qədər qalxmışdı.
Türkiyəli ekspertlər hesab edir ki, avqust ayı ərzində məzənnə yenidən 18,36 həddinə yüksələcək.
Lirənin ucuzlaşması Türkiyədə bahalaşmanın əsas səbəbidir. Milli valyuta sabit olmayana qədər ölkədə aşağı inflyasiyanı təmin etmək mümkün olmayacaq.
Vasif
Sfera.az