Vaşinqtonla Kremlin Qarabağda toqquşan maraqları və... – Bakı kimlərdən “Qisas” aldı?

Vaşinqtonla Kremlin Qarabağda toqquşan maraqları və... – Bakı kimlərdən “Qisas” aldı?

3 avqust 2022-ci il tarixində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Təxribat nəticəsində Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımov şəhid olub. Hadisədən dərhal sonra isə Azərbaycan silahlı qüvvələri “Qisas” adı verdiyi antiterror əməliyyatına start verib.

Nəticədə Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Erməni terrorçuların bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və xeyli sayda döyüş sursatları məhv edilib.

 

Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumatında nəzarətə götürülən ərazilərdə artıq mühəndislik işlərinin aparıldığını qeyd edib.

 

Nə baş verir?

 

Prinsip etibarilə, rəsmi Bakının belə bir əməliyyat keçirəcəyi bəlli idi. Məsələ ondadır ki, Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü maddəsini yerinə yetirmirdi. Həmin maddədə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

 

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi də Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü maddəsini yerinə yetirmək istəmədiyini göstərir.

 

Odur ki, rəsmi Bakının Ermənistanın bu mövqeyinə görə gec-tez  hərbi əməliyyat keçirəcəyi gözlənilirdi və avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də həmin əməliyyatların başlamasını sürətləndirdi.

 

Əməliyyat davam edəcəkmi?

 

Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumatında nəzarətə götürülən ərazilərdə artıq mühəndislik işlərinin aparıldığını qeyd edib. Həmin qeyd indiki məqamda əməliyyatın dayandırıldığını deməyə əsas verir. Lakin əməliyyatın davam etməsi və yaxın zamanlarda bənzər formada əməliyyatların olması mümkündür.

 

Məsələ ondadır ki, rəsmi Bakının başlatdığı “Qisas” əməliyyatları heç də 44 günlük müharibə kimi genişmiqyaslı və ya uzunmüddətli nəzərdə tutulmayıb. “Qisas” əməliyyatı bu ilin mart ayında baş verən Fərrux əməliyyatı ilə eyniləşdirilə bilər. Rəsmi Bakı bu əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsini nəzarətə götürmüşdü.

 

Rəsmi Bakı "Qisas" əməliyatı ilə bir daha Ermənistana həllini gözləyən problemlərin süni şəkildə uzadılması ilə barışmayacağını, itirəcək növbəti 27 ilinin olmadığını göstərmiş oldu. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə təmin edilməlidir.

 

Bu mənada prosesin yaxın zamanda həll edilməməsi və ya həllinə səylərin göstərilməsi halında növbəti əməliyyatlara start verilə bilər. Təbii ki, prosesin uzanması əməliyyatların miqyasına da təsir edəcək.

 

“Qisas” əməliyyatlarının geosiyasi məqamları

 

"Qisas"əməliyyatlarının diqqət çəkən bir məqamı isə əməliyyatın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşdən qısa müddət sonra baş verməsidir. 

 

Məlum olduğu kimi, XİN başçıları arasında ilk ikitərəfli görüş münaqişənin nizamlanması baxımından ciddi ümid yaratmışdı. Hətta təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilmişdi. Əslində bu, bir daha göstərmişdi ki, rəsmi İrəvan və Bakı təkbətək qaldıqda münaqişəni nizamlaya bilərlər.

 

Tiflis görüşü hər nə qədər Gürcüstanın təşəbbüsü ilə reallaşmış görünsə də, pərdəarxasında Vaşinqtonun olduğu açıq idi. Ümumiyyətlə, ABŞ indiki məqamda Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsini istəyir. Bunun əsas səbəbi Avropaya qaz nəqlinin artırılmasında Bakının perspektivli ölkə olması və Ermənistanın Qərbə inteqrasiya prosesi dayanır.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin bir müddət öncə həm Azərbaycan Prezidenti İlham Əliyevə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngi də əslində Vaşinqtonun prosesi nizamlamaqda maraqlı olduğunu göstərir. Lakin Brüssel formatında olduğu kimi bu məsələdə də Rusiya moderatorluğu itirməmək üçün prosesə müdaxilə etməkdən geri durmur.

 

Bu mənada 3 avqust 2022-ci il tarixində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətməsi, daha sonra rəsmi Bakının "Qisas" əməliyatı keçirməsi Kremlin maraqları çərçivəsindədir. Rusiya indiki məqamda ABŞ-ın və ya başqa bir qüvvənin Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməsinə razı deyil. Çünki sülh müqaviləsi Qarabağdakı "sülhməramlı" kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır. Konfliktin davam etməsi sülhməramlıların qalmasını zəruri edir.

 

Əslində Kremlin dünyaya vermək istədiyi mesaj açıq və aydındır: Azərbaycan və Ermənistan arasında gərginlik hələ də bitməyib və mən olmasam real müharibə ola bilər. 

 

Təəssüf ki, Rusiya hər an "DQR ordusu"nun əli ilə təxribatlar törədə bilər. Biz bunu Azərbaycan əsgəri Anar Rüstəm oğlu Kazımovun şəhid olması və "Qisas" əməliyyatı fonunda müşahidə etdik.

 

Ermənistan müxalifətində Rusiyaya sadiq qüvvələrin olması da danılmaz faktdır. Bu səbəbdən, Paşinyan administrasiyası Azərbaycanla dialoqda özünü çox ehtiyatlı aparır.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...