"Allah yox yerdən möcüzə versin" - Toppuş bacı

Cəmiyyət
23:58 / 03.08.2022
44809
"Mən Allahın verdiyi hər şeyə görə Allaha təşəkkür edirəm. Buna da şükür".
Sfera.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva "Tiktok”da canlı yayımda deyib.
Aktrisa qeyd edib ki, kimyaterapiya müalicəsi davam edir:
"Müalicə davam edir, kimyaterapiya hələ də alacağam. Ağır "ximya" aldım, ağrılı oldu, inşallah düşərli olsun. Mən Allahın verdiyi hər şeyə görə Allaha təşəkkür edirəm. Buna da şükür".
"Həkimlər də deyir ki, hər şey yaxşı olacaq. Dərdini verən şəfasını da verər, inşallah. Allah yox yerdən möcüzə versin. İnşallah qalıb gələrəm", - deyə aktrisa əlavə edib.