Pelosinin Tayvana səs-küylü səfəri - Pekinin cavabı necə olacaq?

Pelosinin Tayvana səs-küylü səfəri - Pekinin cavabı necə olacaq?

Çinin sərt etirazlarına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünən Tayvana səfər edib. Hətta bu dəqiqələrdə Pelosi adadan ayrılır. Pelosi hava limanında açıqlama verərək, bir daha Tayvanın yanında olduqlarını deyib.

 

Pelosinin demokratiya mesajı

 

Pelosi Tayvana səfəri zamanı “Çin Kommunist Partiyası Tayvanı və demokratiyanın özünü təhdid edərkən Vaşinqton kənarda dayana bilməz” deyib.  “Çin Kommunist Partiyasının artan təcavüzü qarşısında bizim Konqresin nümayəndə heyətinin səfərini Amerikanın özünü və azadlığını müdafiə edən demokratik tərəfdaşımız Tayvanın yanında olduğunu birmənalı bəyanat kimi şərh etmək lazımdır”, - deyə Pelosi bildirib.

 

Əslində Pelosinin bu sözləri onun Tayvana səfəri ilə bağlı müəyyən fikirlər irəli sürməyə əsas verir. Xüsusilə Pelosinin “Çin Kommunist Partiyasının artan təcavüzü” ifadəsi və “Tayvanın yanındayıq” ifadələri diqqət çəkir.

 

Ümumiyyətlə, ABŞ "Vahid Cin" prinsipini tanıyır. Ancaq söhbət hansı Çindən gedir?

 

Rəsmi Vaşinqtonun Çinlə münasibətlərinin gərgin olmasının səbəbi bir çox hallarda Pekinin artan iqtisadi göstəriciləri olaraq qeyd edilsə də bu tam olaraq belə deyil. Rəsmi göstəricilərə baxdıqda hazırda Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını ötüb keçdiyi açıqca görünür.

 

Rəsmi Vaşinqtonu narahat edən əsas məsələ Çinin mövcud siyasi rejimi və bu rejimin Şimali Koreya, İran, Rusiya kimi antidemokratik hakimiyyətlərə dəstək verməsidir. Vaşinqton faktiki olaraq Çinin xarici siyasətdə bu xətti tutmasından narahatdır.

 

Vaşinqton bunu önləmək üçün Pekinə əzələ nümayişi həyata keçirir. Bunu həm Tayvan ətrafında hərbi təlimlər keçirməklə, həm də Nensi Pelosini adaya göndərməklə açıqca göstərdi.

 

Çin Tayvana hərbi müdaxilə edə bilərmi?

 

Əvvəla onu qeyd edim ki, əslində ərazi bütövlüyünün toxunulmazlığı baxımından mövcud situasiyada Çin haqlıdır. Buna görə də Pelosinin Tayvana səfərinə Çin heç də səssiz qala bilməzdi. Təsadüfi deyil ki,  Pelosinin Taypeyə enişindən sonra Çin Tayvan ətrafında hərbi təlimlərə başladı.

 

Ümumilikdə səfər öncəsi Çin hökuməti adaya döyüş təyyarələrini göndərməklə yanaşı, ABŞ-a sərt xəbərdarlıqlar da etmişdi. Hətta Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian demişdi ki, Çin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək və Çin ordusu Pelosinin səfərini "oturaraq" izləməyəcək: "Biz istənilən gözlənilməz vəziyyətə hazırıq. Əgər cəsarət edərlərsə, gözləsinlər, görək nə edəcəyik”.

 

Çinin Tayvana raket zərbələri endirə biləcəyi ilə bağlı iddialar da səslənirdi. Xoşbəxtlikdən belə bir hal olmadı. Əslində Çinin Tayvana hərbi müdaxilə etməsi real deyil.

 

Əvvəla ona görə ki, Çin iqtisadiyyatı yüksək artım dinamikası ilə seçilib, ABŞ iqtisadiyyatını keçsə də olduqca kövrəkdir. Kövrək olmasının əsas səbəbi isə xaricdən xammal aslılığının olmasıdır.

 

Pekinin Tayvana ehtimal hərbi müdaxiləsi ABŞ-ın ilk növbədə bu ölkəyə iqtisadi sanksiyalar tədbiq etməsi deməkdir ki, bu həm də Qərbin sanksiyası mənasına gəlir.

 

Lakin bu o demək deyil ki, Çin vəziyyətə səssiz qalacaq. Pekin Pelosinin Tayvana səfərini belə asan unutmayacaq. Artıq Tayvana sanksiyalar başlanılıb. Mümkündür ki, bu sanksiyalar paketi artırılsın. ABŞ-a gəldikdə isə rəsmi Pekin Vaşinqtonla gərginliyi hələ bir müddət lakin daha fərqli konteksdə davam etdirəcək.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...