“İstəyirlər ki, Azərbaycan əsgəri rus əsgərini öldürsün…” – Qarabağda TƏXRİBAT SSENARİSİ

“İstəyirlər ki, Azərbaycan əsgəri rus əsgərini öldürsün…” – Qarabağda TƏXRİBAT SSENARİSİ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bundan qabaq da müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması Azərbaycanda haqlı etirazlar doğurur. Bildirilir ki, Azərbaycan ərazilərində təxribatların baş verməsinə görə, erməni terrorçuları ilə yanaşı, rus sülhməramlı qüvvələri də məsuliyyət daşıyır. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan Qarabağda erməni terrorçularının olacağı halda belə təxribatların davam edəcəyini bilir, ancaq bütün məsələlərə qanun çərçivəsində yanaşır.

 

Politoloq qeyd edib ki, ermənilər təxribatçı statusunda olsalar da, bütün təxribatı Rusiya sülhməramlıları planlaşdırır:

 

“Son zamanlar ermənilər tərəfindən yalnız Kəlbəcər və Laçın ərazisi deyil, sülhməramlıların yerləşdiyi təmas xətti-Ağdam, Tərtər rayonları da atəşə tutulur. Görünən odur ki, Rusiya sülhməramlıları Azərbaycan Ordusunu təxribata çəkir. Bölgədə kifayət qədər gərgin vəziyyət yaranıb. Təxribatların törədilməsi son zamanlar İrəvana gələnlərlə bağlıdır. Məlumdur ki, əvvəlcə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, daha sonra ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə sədri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana getmişdi. Ruslarla farslar eyni mövqedən çıxış edir. Paşinyan isə bilmir ki, Amerikanı, yoxsa Rusiya və İranı dinləsin. Ona görə də Paşinyanı sevməyən qüvvələr var. Onlar çalışır ki, sərhəddə Azərbaycan və rus əsgərini üz-üzə qoysunlar və Azərbaycan əsgəri rus əsgərini öldürsün, bundan da istifadə edib ölkəmizi işğal etsinlər”.

 

Politoloq antiterror əməliyyatlarını istisna etmir:

 

“Azərbaycan 44 günlük olmasa da, 4 və ya 14 günlük əməliyyata hazırlaşır və bu əməliyyatı həyata keçirmək məcburiyyətindədir. Bu sırf antiterror əməliyyatı olacaq. İnanıram ki, ordumuz antiterror əməliyyatını həyata keçirəndə artıq Xankəndidən Azərbaycan əsgərinin addım səsləri eşidiləcək. Rusiya da başa düşməlidir ki, onsuz da kifayət qədər problemi var və yeni bir cəbhə açmaq Rusiyadan çox Amerikaya lazımdır. Ona görə də Azərbaycanda yeni cəbhə açmağa ehtiyac yoxdur, amma Azərbaycan necə ki dünyanın aparıcı təşkilatlarını, BMT-nin qəbul etdiyi qətnamələri özü icra etdi, bu antiterror əməliyyatı da ölkəmiz üçün uğurlu bir əməliyyat olacaq. Dövlətimiz buna hazırdır, yüksək və peşəkar ordumuz var. Növbəti dəfə uğurlu antiterror əməliyyatı həyata keçirəcəyik və bu əməliyyat Azərbaycanın ən ağır yumruğu olacaq”.

 

Yeganə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...