ABŞ əhalisinin borcu 1,2 trilyon dollar artıb – Onlar ən çox bu səbəbdən borclanır

ABŞ əhalisinin borcu 1,2 trilyon dollar artıb – Onlar ən çox bu səbəbdən borclanır

ABŞ-ın ev təsərrüfatlarının (ailələr və ya fərdi şəxslər – red.) borcu ikinci rübdə 16 trilyon dolları keçib.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-da ev təsərrüfatlarının borcu bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 2 faiz artaraq 16,15 trilyon dollara çatıb.

 

İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə ev təsərrüfatlarının borcu 312 milyard dollar, son bir ildə isə 1,2 trilyon dollar artıb.

 

Bu dövrdə ABŞ-da ev təsərrüfatlarının borclarının artmasında mənzil (ipoteka) kreditlərindən qaynaqlanan borcların artması təsirli olub. İpoteka kreditləri amerikalıların ev təsərrüfatlarının borcunun ən böyük hissəsini təşkil edir. Bu borc maddəsi üzrə öhdəlik 2-ci rübdə 207 milyard dollar artaraq 11,39 trilyon dollara yüksəlib.

 

Amerikalıların ən çox borc götürdüyü digər maddələr 1,59 trilyon dollarla tələbə kreditləri, 1,5 trilyon dollarla avtomobil kreditləri və 890 milyard dollarla kredit kartlarıdır.

 

ABŞ ikinci rübdə kredit kartı üzrə borclar 46 milyard dollar, avtomobil kreditləri üzrə borc 33 milyard dollar, tələbə kreditləri üzrə borclar isə 1 milyard dollar artıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...