İranlı ekipaj üzvlərinin ölkədən çıxışına qadağa hələ də davam edir
Argentinada saxlanılan təyyarənin iranlı ekipaj üzvlərinin ölkədən çıxışına qadağa hələ də davam edir.
Sfera.az xəbər verir ki, Argentina mediası məhkəmənin bu ölkədə saxlanılmış yük təyyarəsinin ötən aydan etibarən ölkədən çıxışına qadağa qoyulan 12 ekipaj üzvünün Argentinanı tərk etməsinə icazə verdiyini yazıb.
Sözügedən yük təyyarəsi "Emtrasur" şirkətinə məxsusdur və bir il əvvəl "Mahan" avişirkəti onu "Konoyasa Venesuela" şirkətinin tərkibində olan Venesuela şirkətinə satıb. "Konoyasa Venesuela" şirkəti isə Amerikanın sanksiyaları altındadır.
Xatırladaq ki, sözügedən yük təyyarəsi iyunun 5-də 14 venesuelalı və 5 iranlı ekipaj üzvü ilə birlikdə Meksikadan Argentinaya daxil olub və iki gün sonra Uruqvaya uçmaq istəyərkən, giriş icazəsi verilmədiyi üçün Argentinaya geri qayıtmağa məcbur qalmışdı.
Turan Rzayev